XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2020 - 20:39

18 saylı dairədə bir məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında  18 saylı Nərimanov-Nizami  Seçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.

Bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, müraciətlər bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 10 saylı seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: “Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib,  bir seçki məntəqəsində (10 saylı seçki məntəqəsi) səsvermənin nəticələri etibarsız sayılıb. /APA