XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

23 Fevral 2020 - 21:49

Türkiyə-İran sərhədində növbəti zəlzələ –Seysmologiya Mərkəzi məlumat yaydı

Türkiyə-İran sərhədində ikinci dəfə zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:00-da qeydə alınıb. Zəlzələ ocağı Təbrizdən 160 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 52 km cənub-şərqdə yerləşib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Bu, iki ölkənin sərhədində gün ərzində baş verən ikinci zəlzələdir. Birinci zəlzələ zamanı İranda 75 nəfər xəsarət alıb, Türkiyədə 9 nəfər həlak olub, daha 37 nəfər xəsarət alıb. /Report