XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

23 Fevral 2020 - 22:55

Seysmoloji Xidmət Mərkəzi:"Yeraltı təkanlar davam edəcək"

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RXSM) respublika ərazisində baş verən zəlzələyə münasibət bildirib.

RSXM-in Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir:

“Bir az əvvəl Türkiyə-İran sərhədində daha güclü bir zəlzələ baş verib – saat 20:00-da (Ml=5.9). Güclü zəlzələdir və zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub. Bu gün həmin ərazidə baş verən birinci zəlzələ də güclü idi (Ml=5.8). Birinci zəlzələnin fəsadları ilə bağlı artıq hər iki ölkədən məlumatlar var.

Məlumat üçün deyim ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir və həmin ərazidə əvvəllər də belə zəlzələlər baş verib. Bugünkü güclü təkanlardan sonra yəqin ki, orada prosesin zəlzələ ocağı sönənə qədər davam edəcəyi istisna deyil”.

Report