XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 12:23

“İşğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır” –Hicran Hüseynova

“Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? Mütləq işğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır”.

Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə keçirdiyi “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

“Niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal yerinə yetirilir. Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da sözlərini deyə bilsinlər. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsun”. (apa)