XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 18:28

İsrail Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanıb –Səfir

İsrail Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanıb.

Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, bu gün Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib:

“İsrail Azərbaycan xalqı ilə həm xoş günündə, həm də kədərli günündə çiyin-çiyinədir”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.