XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2020 - 12:13

Gürcüstanda koronavirus:Azərbaycandan gedən iki iranlı ölkəyə buraxılmayıb

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində koronavirusla bağlı yoxlamalar gücləndirilib.

“Report”un yerli bürosu xəbər verir ki, məntəqədən keçməklə Gürcüstana daxil olan bütün şəxslər tibbi heyət tərəfindən koronavirusla bağlı yoxlamadan keçirilir.

Azərbaycandan Gürcüstana gedən hər bir şəxsin hərarəti ölçüldükdən sonra ölkə ərazisinə buraxılır.

Yoxlamalar zamanı iki İran vətəndaşının Gürcüstana daxil olmasına icazə verilməyib.