XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 18:12

Xəzəryanı ölkələrin səfirləri 5-ci dəfə toplaşır –ABŞ-da

Aprelin 15-17-də Vanşinqtonda 5-ci Transxəzər Zirvəsi keçiriləcək.

Strateq.az “Fars”-a istinadla xəbər verir ki, tədbirin təşkilatçıları ABŞ-ın “Xəzər Siyasi Mərkəzi” və “İrs Fondu” siyasi tədqiqat mərkəzləridir.

Tədbirin keçirilməsi təşəbbüsünə Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirliklərinin də qatqısı olub.

Transxəzər sammitində strateji əlaqələrin genişləndirilməsi potensialı və problemləri, habelə bütün maraqlı tərəflərin siyasi və biznes təşkilatları nümayəndələrinin xeyrinə olan yeni iş və investisiya imkanları müzakirə ediləcək.

Bəyanatda deyilir: “Transxəzər Ticarət və Nəqliyyat Dəhlizi regional yaxınlaşma layihəsi, Avropa və Asiya arasında əhəmiyyətli bir ticarət vasitəçisi və tranzit əlaqəsidir. Qərbi Xəzər dənizində Azərbaycan, Gürcüstan və Türkiyə, habelə dənizin şərq hissəsində yerləşən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanla birlikdə bu, 200 milyondan çox insanın yaşadığı və ticarət dövriyyəsi 400 milyard dollar olan bazardır.

Eyni zamanda, Transxəzər Ticarət və Nəqliyyyat Dəhlizi Avropa İttifaqı və Çin iqtisadiyyatlarını birləşdirəcək və Rusiya, Yaxın Şərq, Pakistan və Hindistana daha geniş çıxış imkanını təmin edəcək”.

Təşkilatçıların fikrincə, ticarət, əhali və iqtisadiyyat arasındakı əlaqə, habelə geniş və inteqrasiya olunmuş infrastruktur şəbəkələri, hava yolları, xüsusi iqtisadi zonalar və transsərhəd gömrük tədbirlərinin mövcudluğu sayəsində Transxəzər bölgəsi mühüm strateji bölgəyə çevrilib.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu və Lacivərd Dəhlizi kimi qaz boru kəmərləri ilə regional əlaqələrin inkişaf etdirilməsinə dair Vaşinqtonun bəzi səylərinə baxmayaraq, yeni “5 + 1” formatında regional əməkdaşlıq çərçivəsində ABŞ hələ də dəhliz ölkələri ilə ticarətdə Aİ və Çindən əhəmiyyətli dərəcədə geridə qalır.

Buna görə də, 5-ci Transxəzər Zirvəsinin təşkilatçıları bunu Vaşinqtonla əməkdaşlığın inkişafı və genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yeni bir fürsət kimi görürlər.

ABŞ-da belə bir sammitin keçirilməsi iqtisadi və ticari məsələdən daha çox siyasi bir məsələdir, çünki Qərb həmişə Xəzər bölgəsindəki Rusiya və İran təsirinə qarşı çıxır.