XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 01:46

Türkiyə ordusu İdlibdə 29 şəhid verib- Ərdoğan təcili toplantı keçirir

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 29 hərbi qulluqçusu şəhid olub, 36 hərbçi isə yaralanıb.

APA NTV kanalına istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

*****

Hatay valisi Rahmi Doğanın Türkiyənin NTV kanalına verdiyi son açıqlamaya görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində şəhid sayı artıb. Vali 22 türk əsgərinin şəhid olduğunu bildirib.

*****

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb, 9 türk əsgəri şəhid olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Vali əlavə edib ki, hücum zamanı Türkiyənin bir neçə hərbi qulluqçusu da yaralanıb.

Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirir.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.