XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 12:17

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib –"Başın sağ olsun, qardaş Türkiyə”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“İdlibdə türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə”, – deyə qeyd olunub.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.