XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 17:38

Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt” fəaliyyətə başladı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı “qaynar xətt” fəaliyyətə başlayıb.

ASCO-dan verilən məlumata görə, (050) 274 30 82 nömrəli “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb.

Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

Qeyd edək ki, ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.