XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 19:17

Çindən gətirilən 1500 kq kivi qurusu məhv edilib –AQTA

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən verilən məlumata görə, “Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edilib. Daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər. Analizin nəticələrinə görə məhsulun tərkibində salmonella aşkarlanıb.

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 1500 kq olan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusu Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.