XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 21:03

Özündə koronavirus şübhəsi olan adam mütləq təcili yardıma xəbər verməlidir –TƏBİB

“Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib.

ONun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq, yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək: “Həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlana bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə götürülür”.