XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 21:15

“Karantinə götürülmüş şəxslər və yaxınları ictimai qaydaları pozur” –Operativ Qərargah

“İran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar”. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumatda qeyd edilir ki, koronavirusun yayılması təhlükəsinə  qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq  mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı  göstəriş verib: “Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə  mane olan hər bir şəxsə  qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər”.