XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 11:36

AZAL-da struktur dəyişikliyi –Hökumət qərar verdi

nazirler-kabineti

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli qərarında dəyişikliklər edilib.

 

Strateq.az trend.az-a istinadən xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, dəyişikliyə əsasən Nizamnaməyə yeni bəndlər əlavə edilib.

 

Yeni bəndə əsasən, İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

 

Nizamnaməyə əlavə edilən yarımbəndlərə əsasən isə, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət edir. Aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir.