XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Fevral 2020 - 14:18

Gürcüstanda məktəblərdə vaxtından əvvəl tətil elan olundu –Koronavirusa görə

Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.

Şuranın digər qərarı ilə ictimai nəqliyyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək/Report.