XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 15:06

Bakı-Tehran reysinə məhdudiyyət tətbiq olundu –AZAL-dan açıqlama

“Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana / dan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir”.

Strateq.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, fevralın 29-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq:

“Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – [email protected] ilə əlaqə saxlaya bilər.

Əvvəl də qeyd edildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görmüşdür”.