XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 18:15

Sabiq kəşfiyyat naziri koronavirusdan sağalır –İranda

İranın sabiq daxilıi işlər, kəşfiyyat və ədliyyə naziri Mustafa Purməhəmmədi də Koronavirusa yoluxub.

Strateq.az “Farsnews”-a istinadla xəbər verir ki, Purməhəmmədinin xəstəliyi ilə əlaqədar yaxınlarından biri deyib: “Qızdırması dünən gecədən bəri düşüb və bu səhər vəziyyəti yaxşılaşıb”.

Ailə üzvünün sözlərinə görə, hazırda Tehran Mübariz Ruhanilər Birliyinin baş katibi olan Mustafa Purməhəmmədi hələ Çərşənbə günü müayinə edilib. Onun Koronavirusdan əziyyət çəkdiyi dərhal məlum olmasa da, yalnız Cümə axşamı xəstəxanaya yerləşdirilib: “Bu səhər demək olar ki, sağalıb. Həkimlər prosedurun davam edəcəyi təqdirdə, yaxın günlərdə xəstəxanadan evə buraxılacağını söyləyib”.

Xatırladaq ki, bu gün Gilandan yeni seçilmiş deputat Məhəmməd Əli Ramazani Dəstək Koronavirusdan vəfat edib.

Bu arada, Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Müctəba Zonnurun da vəziyyəti yaxşılaşır. “Həkimlər durumumu araşdırarkən, ümumən yaxşılaşdığını və qısa müddət sonra normala dönəcəyini söylədi”.

Xatırladaq ki, hazırda İran parlamentinin 5 üzvü Koronavirusa yoluxub.