XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 18:50

Rusiyalı deputat: “Ərdoğanın tələbi qəbuledilməzdir”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ilə Suriyanın “təkbətək qoymaq” barədə verdiyi bəyanat hər baxımdan qəbuledilməzdir”.  

Strateq.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin birinci müavini Dmitri Novikov bildirib.

Novikov əlavə edib: “Rusiya nümayəndələri Suriyada qanuni hökumət tərəfindən rəsmi tələbə uyğun olaraq fəaliyyyət göstərirlər. Ərdoğanın Suriyanın taleyini müəyyənləşdirmək iddialarına gəldikdə, Türkiyə rəhbərliyinin buna üçün heç bir səlahiyyəti yoxdur. Bu səlahiyyətlər Suriya hakimiyyəti tərəfindən ona verilməyib və BMT-nin heç bir qərarı ilə dəstəklənmir”.

Deputatın sözlərinə görə, Türkiyə hakimiyyəti bununla qonşu dövlətlərə öz şərtlərini diktə etmək iddiasındadır. “Bu cür tələblər yolverilməzdir, çünki bu, Suriyanın daxili siyasi prosesinə birtərəfli müdaxilə deməkdir. Rusiya bu mövqe ilə razılaşa bilməz”.