XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

29 Fevral 2020 - 22:36

ABŞ-da koronavirus:ilk ölüm halı qeydə alındı

ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Bu barədə “Associated Press” ştatın rəsmisinə istinadən məlumat yayıb.

Cümə günü ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır.

“ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər”, – Pens deyib/Report.