XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2020 - 13:27

Təhsil Nazirliyi:Yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb

“Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilmişdi. Fevralın 24-dən Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, bu proses növbəti günlərdə də davam edəcək: “Təhsil Nazirliyinin Aparat rəhbərinin müvafiq təlimat məktubunda kütləvi tədbirlərin məhdudlaşdırılması da qeyd edilib. Fevralın sonunda 7 gün 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılıb, əmrə uyğun olaraq bütün təhsil müəssisələrində koronavirusun profilaktikası ilə bağlı məlumatların çatdırılması tapşırılıb”.