XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 22:17

“Entivio” nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanların siyahısına daxil edilib –Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin Kollegiyası “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edib.

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na bir yeni dərman – “Entivio” (beynəlxalq patenləşdirilmiş adı “Vedolizumab”) adı əlavə edilib.

Bununla da nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısındakı dərmanların sayı 107-yə çatıb.

Qeyd edək ki, “Entivio” dərmanı Kolit və Kron bağırsaq xəstəliklərinin müalicəsində immun sustemini mohkəmləndirmək üçündür. (apa)