Türkiyə Ordusu İdlibdə daha bir şəhid verib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əsədə məxsus qüvvələrin artilleriya atəşi nəticəsində daha 1 türk əsgəri həlak olub, bir əsgər isə yaralanıb: “Suriya ordusunun bölgədə aşkarlanan hədəfləri dərhal intensiv atəşə tutulub və məhv edilib”.