XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 11:15

Prezident İlham Əliyev Rumen Radevə təbrik məktubu ünvanlayıb –MƏTN

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və dost Bolqarıstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq əlaqələrimiz birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim sülh və rifah arzulayıram”.