XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2020 - 14:33

“İranda 23 deputat koronavirusa yoluxub” –Parlament rəsmisi

İran parlamentinin 23 deputatı koronavirusa yoluxub.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran parlamentinin sədr müavini bildirib.

O qeyd edib ki, 23 deputatın koronavirusa yoluxması təsdiqlənib.

Qeyd edək ki, İranda virusdan ölənlərin sayı 66-ya çatıb. 1501 nəfər isə koronavirusa yoluxub.

Xatırladaq ki, İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxublar.