XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 16:23

Naxçıvanda da dərslər bağlandı –Koronavirusa görə

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Strateq.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək: “Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq”.

Qeyd edilib ki,  qərar uşaq baxçalarına da şamil olunacaq.