XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 16:39

İki rayon xəstəxanasına direktor təyin edildi –TƏBİB-dən qərar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iki rayon xəstəxanasına baş həkim təyin edib.

Strateq.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müvafiq əmrlə  Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov ötən ay DTX-nın rayonda keçirdiyi əməliyyatla həbs edilib.

Astaranın Baş həkiminin qanunsuzluğu haqda isə mətbuatda video yayıldıqdan sonra vəzifəsindən çıxarılmışdı.