XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2020 - 20:18

İran parlamentinin sədr müavini:"23 deputat koronavirusa yoluxub"

İran parlamentinin 23 deputatı koronavirusa yoluxub.

Bu barədə İran parlamentinin sədr müavini bildirib.

O qeyd edib ki, 23 deputatın koronavirusa yoluxması təsdiqlənib.

Qeyd edək ki, İranda virusdan ölənlərin sayı 66-ya çatıb. 1501 nəfər isə koronavirusa yoluxub.

Xatırladaq ki, İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxublar/APA.