XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2016 - 13:54

Mərc oyunlarına nəzarət nazirlikdən alındı –Dəyişiklik

azad-rehimov

 

Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılan "Maliyyə Bazarlarına Nəzarət Palatası" publik hüquqi şəxsə verilib.

 

Strateq.az xəbər verir ki, bununla bağlı bu gün Milli Məclis "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənib. 

 

Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir. 

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

 

Xatırladaq ki, bu dətişikliyə qədər "Topaz" idman mərc oyunlarına Gənclər və İdman Nazirliyi nəzarət edib.