XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2020 - 19:55

ABŞ-da daha 3 nəfər koronavirusdan öldü –103 nəfər müalicə olunur

ABŞ-da daha 3 nəfər koronavirusun qurbanı olub.

NBC xəbər verir ki, ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 103 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub/Report.