XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 23:30

Ukraynada hökumət böhranı:Baş Nazir istefa verdi

Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk istefa ərizəsini Ali Radaya göndərib.

Bu barədə Ukrayna parlamentinin sədri Dmitriy Razumkov açıqlama verib.

“Qonçarukun istefa ərizəsi parlamentə daxil olub” – deyə, Spiker bildirib.

Hazırda “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasında Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə toplantı keçirilir.

İclasda iştirak edən deputat Aleksandr Kaçuranın sözlərinə görə, dövlət başçısı baş nazirin müavini Denis Şmıqalı baş nazir təyin etməyi təklif edib/Report.