XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2020 - 16:11

Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub

Avropa İttifaqının (Aİ) rəsmisi koronavirusa yoluxub.

APA-nın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ sözçüsü Dana Spinant bildirib.

O deyib ki, koronavirusa yoluxan şəxs Brüsseldə Aİ-nin Müdafiə Agentliyində çalışır və bu yaxınlarda İtaliyadan qayıdıb.

Həmin şəxs İtaliyadan qayıtdıqdan sonra səfərin yekunu və nəticələri ilə bağlı Aİ-nin 30 rəsmisi ilə 4 saatlıq görüş keçirib.

Ötən həftənin şənbə günü koronavirusa yoluxan şəxsin vəziyyəti pisləşib və ondan götürülən analizin cavabı müsbət çıxıb.

Spinant qeyd edib ki, Aİ-nin Müdafiə Agentliyinin bu həftəyə planlaşdırılan bütün iclasları təxirə salınıb və həmin şəxslə görüşən digər rəsmilərdən də analizlər götürülüb.