XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2020 - 13:35

İrandan təxliyə olunan Gürcüstan vətəndaşları Azərbaycanda karantinə alındı –Açıqlama

Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.

O, həmin şəxslərin Azərbaycanda karantinə alındığını bildirib.

A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib: “Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.

Report