XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2020 - 14:52

İranda koronavirus:ölənlərin sayı 107-yə çatıb

İranda daha 15 nəfər virusun qurbanı olub.

IRNA xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 107 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb.

K.Cahanpur həmçinin 739 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb/Report.