Türkiyə İdlibdə daha 2 şəhid verib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əsəd qüvvələri tərəfindən açılan atəş nəticəsində 2 türk əsgəri şəhid olub, 3 əsgər yaralanıb.
Xatırladaq ki, bu gün Türkiyə prezidenti Ərdoğan Moskvada Putinlə görüşüb.
6 saatlıq müzakirələrdən sonra tərəflər İdlibdə atəşkəsin əldə olunması ilə bağlı anlaşma imzalayıb. 3 maddəlik anlaşmaya əsasən, bu gecə, yəni martın 6-ı gecə 00.00-dan İdlibdə atəşkəs elan olunacaq.