XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 21:50

“İdlibin aqibəti Türkiyənin gələcəkdəki təhlükəsizliyinin rəngi və şəkli deməkdir”- Sevil Nuriyevanın TƏHLİLİ

Sevil NURİYEVA İSMAYILOV,

Star.com.tr

 

Hamı bilir ki, lap əvvəldən Rusiya ilə bütün mövzularda eyni mövqeyi bölüşmürdük. Hazırkı geostrateji anlayışın, yeni dünya siyasi dili və üslubunun gətirdiyi yeni iş metodologiyası bizə bunu öyrədir: “Heç kimlə tam anlaşmaq mümkün deyil. Ortada olan hər kəslə maddələrə əsaslanan anlaşmaları tərtib etməkdəyik”.

Prezident Ərdoğanın ustalıqla atdığı hər addımı izləyirik. Türkiyənin bugünü və gələcəyini necə incəliklə inşa etdiyini görməkdəyik.

Rusiya Türkiyə ilə bağlı bütün detalları izləyir. Sovet dönəmindən universitetlərində Türkiyə üzrə institutlar və araşdırma masaları qurub.

Türkiyənin keçmiş və gələcək bütün kodlarını anlayaraq, siyasət üsullarını işə saldığını görməkdəyik. Prezident Ərdoğanın əlini gücləndirəcək addımlar atmaq təkcə dövlət qurumlarının işi deyil, ola da bilməz. Hazırda cəmiyyət olaraq nümayiş etdirdiyimiz həmrəylik prezidentin əlini gücləndirməyə xidmət etməlidir.

Təəssüf ki, Türkiyə daxilindən çıxan bəzi çatlaq səslər meydanda bizə oyun quran tərəflərin də istifadə etdiyi alətdir. CHP sədrinin ifadə və arqumentlərini yaxşı ölçüb-biçməsi Türkiyənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

Rusiyanın bir çox araşdırma və analiz mərkəzlərinin “şəhidlərin sayı artarsa, Türkiyə daxilindəki müxaliflərin “İdlibdə nə işimiz var”” fikri üzərində plan qurduqlarını açıq-aydın görə bilirik. Mediaya baxdığımızda, CHP sədrinin Türkiyə ictimai fikrində çatlar yaratmaq kimi, gözləntilərinin olduğunu da sezirik.

Bir çox məsələlərdə Rusiya ilə fərqli düşündüyümüz aydındır. Əsəd mövzusunda – müxaliflərə edilən zülmlə bağlı Rusiyanın mövqeyi Türkiyəninki ilə eyni deyil. Rusiya PYD-YPG ünsürlərinin Türkiyənin istəyi ilə küncə sıxışdırılmasına dəstək verirmiş kimi görünməklə bir tərəfdən bu terrorçuları Əsədin yanına itələnən alət, digər tərəfdən Türkiyəni qane edəcək vəziyyət kimi şərh etdi.

Müxaliflərin hədəfə alınma səbəbləri ilə bağlı əsas arqument Əsədin zəfər masasına müxalifət olmadan oturma çabalarıdır. Bu da Rusiyanın bu coğrafiyada qalıcı və bütün yeni iqtisadi geostrateji nöqtələrə nəzarətdə əsas oyunçu olmasına xidmət edir.

Bir tərəfdən ABŞ-ın Aralıq dənizidəki varlığını Suriya üzərindən minimuma endirmək və özünə bağlı saxlamaq səyləri, digər tərəfdən “maskaları” yırtan Türkiyəni arqumentləri zəifləmiş vəziyyətdə razılığa sürükləmək istəyi… Bir tərəfdə ona tərəf yönələn Qara dəniz, Şimali Qafqaz blokadasını yarmaq üçün Aralıq dənizində yer almaq istəyi, digər tərəfdə ABŞ-ın bölgədəki bütün müttəfiq ölkələrlə dirsək təması qurmaqla öz mücadiləsini aparması. Bəli, belə bir ortamda Türkiyəni qarşısına alacaq lüksünün olmadığını da görməkdəyik.

Türk Ordusunun və Baş Komandanın duruşunu, cəmiyyətin “bir ürək” mövqeyi sərgilədiyini görür. Təbii ki, bu vəziyyət Rusiyanın xarizmasını zədələdi. Məhz buna görə “Makarov” döyüş gəmisinin (buna təsadüf kimi yox, yeniyetməlik refleksi kimi baxmaq lazımdır) hərəkətə keçməsi təlaşın əlaməti olaraq şərh edilməlidir.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi “Tvitter” hesabından Osmanlı ilə Rusiya arasında 1877-1878-ci illərdə gerçəkləşən 93 savaşının sonunda imzalanmış “San-Stefano” sülh müqaviləsini paylaşdı. Bunu paylaşmaqla bizə heyrət içində olduqlarını göstərdiklərinin fərqində belə, deyillər.

Bu, bizə izah edir ki, Rusiya İdlibdə, ümumilikdə isə Suriyada istədiyi ortama sahib olmamanın təlaşı içindədir. Türkiyənin meydandakı uğuru, hərbi müvəffəqiyyəti və oradakı xalqın “Məhəmmədin Ordusu gəldi” ifadələrini ən az bizim qədər yaxşı görürlər.

Rəsmi “Tvitter” hesablarından tələsik və sərt paylaşım etməklə Moskva səfəri öncəsi müzakirə ediləcək məsələlərin sərhədlərini təyin etmək istəyiblər. Bütün bunlar Ərdoğan-Putin görüşü öncəsi zorla küncə sıxışdırmaq səylərindən başqa bir şey deyil.

Bəs, nəticə necə olacaq? Rusiya və Türkiyə əlaqələri, şübhəsiz, davam etdiriləcək. Bunun içərisində yer aldığımız siyasi havada zərurət olduğunu unutmamaqda fayda var.

Türkiyə ilə razılığa gəlmək Rusiya üçün də həyati əhəmiyyət daşıyır. Putin bunu yaxşı başa düşür. Son ana qədər təzyiq davam edəcək, lakin heç kim ipləri qırmaq istəməyəcək.

Türkiyənin tezisləri mövqeyi və vəziyyəti səbəbiylə parça-parça olsa belə, keçərli olacaq. İdlib təkcə İdlib deyil. Suriyanın gələcəyindəki rəng və mənzərəni təyin edəcək bir qaladır.

Suriyanın gələcəyindəki rəng və şəkil Türkiyənin gələcəkdəki təhlükəsizliyinin rəngi və şəkli deməkdir. Rusiya-Türkiyə əlaqələrinin ifrat uclara qaçmadan, qızıl orta nöqtəsi tapılaraq davam etdirilməsi Moskva-Ankara üçün də vacibdir. Bunun hər iki liderin sonda gəlmək istədikləri nöqtə olacağını ehtimal etmək çətin deyil.

“Bahar Qalxanı”nın müvəffəqiyyəti nəticə etibarilə Suriya və bütün Aralıq dənizi bölgəsi üçün Türkiyənin bayraqdarlığındakı feili baharı formalaşdırmaq üçün təməl olacaq.

Tərcümə Strateq.az-ındır

Mətnin orijinalı bu linkdə:

https://www.star.com.tr/yazar/rusya-ile-anlasabilecek-miyiz-yazi-1520062/