XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2020 - 09:11

Koronavirusa yoluxanların sayı 95,3 min nəfəri ötdü –ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində dünyada 2 241 koronavirusa yoluxma halı qeydə alıb.

TASS xəbər verir ki, bu barədə təşkilatın xəbərində bildirilir.

Qeyd edilir ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 95 333 nəfərə çatıb. Onlardan 80 565 nəfəri Çində, 14 768 nəfəri onun sərhədlərindən kənardadır.

Son gün ərzində dünyada koronavirusdan 53 nəfər ölüb. Onlardan 31-i Çində dünyasını dəyişib.

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)