XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2016 - 16:12

Cəbhədə gərginlik:Düşmən ərazini minalamaq istədi, itki verdi

vertalyot-tank-doyus

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb.

Strateq.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.