XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2016 - 16:16

Bakıda 10 mərtəbədən yüksək bina tikilməyəcək –Qadağa

bina

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı rayonlarının sosial-iqtisai inkişafının sürətləndirilməsi ilə bağlı toplantı keçirilib.

Toplantıda paytaxt rayonlarının icra başçıları da iştirak ediblər. İclasda Bakı şəhəri ərazisində bundan sonra 10 mərtəbədən yüksək binaların tikintisinin qadağan olunması ətrafında müzakirələr aparılıb. Bununla bağlı Nazirlər Kabintenin müvafiq qərarı barədə danışılıb.

Komitə sədri Abbas Ələsgərov deyib ki, bundan sonra sahibkarlar tikinti layihələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırdıqdan sonra həyata keçirəcəklər. Tədbirdə Bakı şəhərinin mərkəzi rayonlarına aid eskiz layihələr də təqdim edilib. 

İclasda o da vurğulanıb ki, yaşayış binalarının mövcud həyətlərində sosial infrastruktur obyektlərindən başqa tikintilərin aparılması qadağan edilməli, şəhərin tikilmiş hissəsində mərtəbəlilik 10-dan artıq olmamalıdır. 

Səbail, Nəsimi, Nərimanov, Yasamal, Pirallahı rayonlarının icra başçısları tikintilərə dair müzakirələr zamanı çıxış ediblər(Modern.az).