XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2020 - 17:11

Dünyada koronavirusa yoluxanların sayı 100 mini ötdü –3 408 nəfər ölüb

Dünyada koronavirus daşıyıcılarının sayı 100 242 nəfərə çatıb.

Ölənlərin sayı 3 408, sağalanların sayı isə 55 812 nəfərdir.

Ən çox yoluxma və ölüm halı Çində aşkarlanıb. Ölkədə indiyədək 80 559 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 3 042 nəfərdir.

Azərbaycanda isə 6 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Ölkəmizdə bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.

Ümumilikdə koronavirus 94 ölkə və regionu əhatə edir. (report)