XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2020 - 12:37

Azərbaycanda teatr və konsert müəssisələri fəaliyyətini dayandırdı- Koronavirusa görə

Azərbaycanda fəaliyyətə göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.