XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 00:38

ABŞ-ın bir ştatında fövqəladə vəziyyət elan olundu –Koronovirusa görə

ABŞ-ın Oreqon ştatının qubernatoru Keyt Braun yeni növ koronovirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

TASS-ın məlumatına görə, qubernator bildirib ki, fövqəladə vəziyyətin müddəti 60 gün müəyyən edilib:

“Ancaq koronavirus təhlükəsi davam edərsə, fövqəladə vəziyyət rejiminin müddəti uzadıla bilər. Sizi əmin edirəm ki, yerli hakimiyyət orqanları və dövlət rəhbərliyi böhranın öhdəsindən gəlmək üçün gecə-gündüz çalışırlar”.

Hazırda ştatda koronavirusun yeni növünə (COVID-2019) 14 yoluxma hadisəsi qeydə alınıb/Report.