XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 18:53

“Gömrük Komitəsi tapşırıqları yerinə yetirmək əvəzinə,…” –Qubad İbadoğlundan gömrüklə bağlı sərəncama reaksiya

Qubad

Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu Prezident İlham Əliyevin bu gün gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamı şərh edib.

Strateq.az tanınmış iqtisadçının münasibətini təqdim edir:

"Azərbaycan Respublikasının prezidenti gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncam bir daha göstərdi ki, həqiqətən də hazırda Azərbaycan iqtisadiyyatının ən ağrılı yerlərindən biri mövcud gömrük sistemidir.

Belə olmasa idi, yalnız prezident səviyyəsində son 3 ayda xarici ticarət və gömrük sistemi ilə bağlı 5 sənəd imzalanmazdı. Təəssüflər olsun ki, Dövlət Gömrük Komitəsi prezident sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi əvəzinə, əsas diqqətini dövrü mətbuatda dərc olunan yazıları arqumentsiz cavablandırmağa yönəldib.

Hesab edirəm ki, kompleks yanaşma baxımından son sərəncam əvvəlkilərdən fərqlənir və bu sənəddə Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirsalınmaz tədbirlər Paketi"ndə olan bir sıra tədbirlər də yer alıb. Eyni zamanda mənim dəfələrlə qaldırdığım güzgü metodologiyası vasitəsilə gömrük statistikasının təkmilləşdirilməsinə dəstək olaraq, xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək bir vəzifə kimi Dövlət Gömrük Komitəsinin qarşısına qoyulub.

Bununla yanaşı, son sərəncamla məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsi, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə edilməsi, gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılması, vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş, əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışı, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi vəzifələrinin icrası Dövlət Gömrük Komitəsinə tapşırılıb. Bundan əlavə, Dövlət Gömrük Komitəsinə 2 ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlanması tapşırığı verilib.

Hesab edirəm ki, bu sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi xüsusilə də böhran dövründə çox vacibdir. Lakin yaxşı olardı ki, onların icrasını qiymətləndirmək və nəticlərini ölçmək üçün indikatorlar da müəyyənləşdirilməlidir. Belə indikatorların siyahısına gömrük sərhədinə girən maşınların neçə dəqiqə ərzində oranı tərk etmək, elektron xidmətlərdən sitifadə edənlərin statistik sayı, iş adamnın təqdim etdiyi sənədlərin sayı və onlara sərf etdiyi vaxtın müddəti və digərləri aid edilə bilər. Bu, son nəticədə gömrük sərhəddində mal dövriyyəsinin necə sürətləndiyini və vaxt itkisinin necə aradan qaldıırılmasına qiymətləndirməyə imkan verər. Qeyd edim ki, anaoloji qiymətləndirmələr xarici ölkələrin təcrübəsində də vardır və həmin ölkələrdə gömrük orqanları sərhədi keçən maşınların hətta neçə dəqiqə ərzində gömrük rəsmiləşdirməsini başa çatdırmasına dair dövrü hesabatlar açıqlayır və onu monitor edirlər".