XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 17:51

Səfa Mirzəyev:“Milli Məclisin fəaliyyətində dəyişikliklər olacaq”

“Milli Məclisin rəhbərliyi, həmçinin komitə sədrləri dəyişib və bütün bunlar göstərir ki, ölkədə aparılan islahatlar Milli Məclisdə də davam etdirilir”.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bundan sonra Milli Məclisin fəaliyyətində də, yəqin ki, dəyişikliklər olacaq:

“Bu, həm qanunvericilik fəaliyyətinə aid olacaq, həm təmsilçilik, həm nəzarət, həm də beynəlxalq əlaqələr sahələrinə. Eyni zamanda Milli Məclisin Aparatında da islahatlar həyata keçirməliyik: müasir dövrə uyğun həm struktur dəyişiklikləri, həm də kadr islahatları. Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi yaxın günlərdə böyük işlər görəcək”.

Report