XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2020 - 14:43

“Milli Məclisin kresloları həddindən artıq rahatdır”- Erkin Qədirli 

“Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurullayev oturur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin ReAl-çı deputatı Erkin Qədirli bildirib.

O, Milli Məclisdəki kreslolarla bağlı fikirlərini də bildirib:

“Həddindən artıq rahatdır. Heç uçaqların (təyyarələrin – “Report”) biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilir (elektron düymələri var). Bu kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır”.