XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 09:30

İranda bu vəzifəli şəxslərdə koronavirus aşkar olunub- ADLAR

İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, eləcə də iki nazir koronavirus infeksiyasına yoluxub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu ölümcül virusa yoluxmuş iranlı məmurların siyahısını dərc edən “Fars” agentliyi bununla bağlı məlumat yayıb.

Söhbət Turizm, Mədəni irs və Sənətkarlıq naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rza Rəhmanidən gedir. Siyahıda, həmçinin İran rəhbəri və ali lider administrasiyasının üzvü Məhəmməd Cavad İrəvaninin də adı yer alıb.

Bundan əlavə, İran parlamentinin indiki və ya seçilmiş səkkiz millət vəkilinin adları da siyahıda dərc olunub. Onlardan ikisi – seçilmiş millət vəkili Fatimə Rəhbər və Məclisin hazırkı üzvü Məhəmməd Əli Ramazani xəstəlikdən ölüb.