XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2020 - 10:12

ABŞ koronavirusa görə Avropadan səfərlərə qadağa qoydu- 30 günlük

Cari ilin martın 13-dən etibarən Avropadan Amerikaya səfərlərə 30 gün müddətinə qadağa qoyulacaq.

“Report” xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, müvafiq addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün atılır.

“Yeni qaydalar cümə gününün (13 mart – Red) gecə yarısı qüvvəyə minəcək. Lakin bu, Böyük Britaniyaya şamil edilməyəcək. Bundan əlavə, istisnalar zəruri yoxlanışdan keçən amerikalılara da aiddir. Qadağa həmçinin iri həcimli mal və yük daşımalarına (ABŞ-a daxil olan) şamil edilməyəcək”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.