XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 16:16

ABŞ-ın 24 ştatında fövqəladə vəziyyət elan edildi- Bu səbəbdən

ABŞ-ın Arizona ştatında yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib.

“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Daq Dyusi bəyan edib.

Bununla da, Amerikada koronavirusla bağlı fövqəladə vəziyyətin elan edildiyi ştatların sayı 24-ə çatıb.

Qubernator sığorta şirkətlərinə yeni koronavirusun təyini ilə bağlı analizlərin xərclərini tam qarşılamağı tapşırıb:

“Ştatda yalnız 9 nəfər koronavirusa yoluxub. Yeni yoluxanların aşkarlanacağını hesab edirik və buna görə riskə getmək fikrində deyilik”.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir ki, ökədə yeni koronavirusa 1 162 nəfər yoluxub. Onlardan 37 nəfəri ölüb.

Koronavirusa yoluxma hallarının ən çoxu Vaşinqton (267) və Nyu-York (173) şəhərlərində qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.