XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 11:31

“Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırılıb” –DİN məlumat yaydı

Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Müvəqqəti Saxlanma Yerlərində saxlanılan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə məhdudiyyət qoyulub.

Bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.

E. Zahidov həmçinin əlavə edib ki, saxlanılan şəxslərin vəkilləri ilə görüşünə heç bir məhdudiyyət tətbiq edilmir. /APA