XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 12:33

İlahiyyat İnstitutuna rektor əvəzi təyin olundu –Açıqlama

Azərbaycan İlahiyyat İnstitutunun rektor vəzifəsini müvəqqəti olaraq təhsil ocağının Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edir.

Bu barədə institutdan məlumat verilib.

Qeyd olunub ki, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir: “Hazırda bu vəzifəni Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov həyata keçirir”.

Xatırladaq ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçildiyinə görə Prezident İlham Əliyevin sərəncamı ilə rektor vəzifəsindən azad edilib/Report.