XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 08:36

Türkiyənin baş naziriTehrana gəlib

davutoglu_ahmet_271215

Türkiyənin baş naziri Əhməd Davudoğlu başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə İranın paytaxtı Tehrana gəlib.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata əsasən, nümayəndə heyətinə iqtisadiyyat, gömrük və ticarət, enerji və təbii qaynaqlar, nəqliyyat, dənizçilik və rabitə nazirləri daxildir.

Baş nazir Davutoğlunun İranın vitse-prezidenti Eshak Cahangiri, xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı müzakirələrin əsas mövzusu iqtisadi və ticarət əməkdaşlığı məsələləri olacaq.

Qeyd olunur ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də Türkiyəyə səfəri nəzərdə tutulub.